Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 243,366 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur.
Oktyabr ayında Türkiyə Azərbaycana 29,872 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 56,3 % çoxdur.
Yanvar-oktyabr aylarında Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 14,6 % artaraq 16,636 milyard ABŞ dollarına, oktyabr ayında isə 17,6 % artaraq 1,93 milyard ABŞ dollarına çatıb.
10 ayda Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 1 milyard 644,957 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 11,7 % çox), ABŞ 1 milyard 446,659 milyon ABŞ dolları (+57,5 %) və Almaniya 1 milyard 300,854 milyon ABŞ dolları (+13,4 %) dəyərində həyata keçirib.
Azərbaycanın sement zavodları və metallurgiya müəssisələri karbonun tutulması texnologiyalarına keçəcək
Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq
GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib