Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur.
Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 7,9 % azdır.
Yanvar-oktyabr aylarında Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 3,8 % azalaraq 13,659 milyard ABŞ dollarına, oktyabrda isə 14,1 % artaraq 1,296 milyard ABŞ dollarına enib.
Türkiyədən ən çox geyim idxalını Almaniya (1 milyard 959,542 milyon ABŞ dolları dəyərində, 1 il əvvələ nisbətən 12,9 % az), Niderland (1 milyard 534,599 milyon ABŞ dolları, 7 % az) və İspaniya (1 milyard 463,715 milyon ABŞ dolları, 1 % çox) həyata keçirib.
Azərbaycanın sement zavodları və metallurgiya müəssisələri karbonun tutulması texnologiyalarına keçəcək
Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq
GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib