09 noyabr 2026 21:21
135

"Araz-Naxçıvan"ın futbolçusu İssuf Paro əməliyyat olunub

"Araz-Naxçıvan"ın futbolçusu İssuf Paro ön çarpaz bağın qopması diaqnozu ilə cərrahiyyə əməliyyatı olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin 3 gündən sonra xəstəxananı tərk edəcəyi və növbəti ilin ilk aylarında fərdi məşqlərə başlayacağı bildirilib.

Qeyd edək ki, futbolçu Misli Premyer Liqasının VIII turunda "Sumqayıt"la oyunda zədələnib.