09 noyabr 2026 21:41
118

İran Dohada ABŞ ilə görüş keçiriləcəyi barədə məlumatı təkzib edib

İran ABŞ-nin vitse-prezidenti Cey Di Venslə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai arasında Qətərin paytaxtı Dohada görüş keçirilməsi ilə bağlı məlumatları təkzib edib.

“İki sahil” xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi iki ölkə arasında mümkün görüşlə bağlı mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Rəsminin sözlərinə görə, Tehranın ABŞ ilə danışıqlara dair siyasətində və planlarında heç bir dəyişiklik yoxdur.

O qeyd edib ki, ABŞ tərəfi İranın irəli sürdüyü yeddi şərt çərçivəsində praktiki addımlar atmayana qədər Vaşinqtonla danışıqların keçirilməsi nəzərdə tutulmur