09 noyabr 2026 23:55
93

İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən və 16 nəfərin həyatına son qoyan partlayışla bağlı 6 şübhəli şəxs saxlanılıb.

“İki sahil” "TRT Haber"ə istinadən xəbər verir ki, faktla bağlı dərhal cinayət işi başlanılıb.

İlkin araşdırmalar nəticəsində hadisədə təqsiri olduğu müəyyən edilən 6 şübhəli saxlanılıb.

Hazırda hadisə ilə bağlı istintaq davam etdirilir.