Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq