Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalyada keçirilən COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunu ziyarət edib.
“İki sahil” xəbər verir ki, vitse-prezident pavilyonla tanış olub, həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
C.Yılmaz Türkiyənin COP31-ə hazırlıq prosesində Azərbaycanın COP29-un təşkili zamanı qazandığı təcrübədən yararlanmasının əhəmiyyətini vurğulayıb və bu sahədə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığını qeyd edərək, əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini və inkişaf etməsini arzulayıb.
Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq
Azərbaycan külək enerjisinin daha geniş bazarlara çatdırılmasında tərəfdaşları ilə işləməyə hazırdır