10 noyabr 2026 17:52
286

Böyük Britaniyada daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır

Böyük Britaniyada həbsxanalarda sıxlığın azaldılması məqsədilə həyata keçirilən proqram çərçivəsində daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır.

“İki sahil” “Sky News”a istinadla xəbər verir ki, 2026-cı ildə qəbul edilmiş “Sentencing Act” qanununa əsasən, qarşıdakı bir il ərzində ümumilikdə 5 minə yaxın məhbusun cəza müddəti başa çatmadan azad edilməsi nəzərdə tutulur.

Proqramın ötən ay həyata keçirilən mərhələsində 650 məhbus azadlığa buraxılıb. Onlar 1 il 6 aydan 2 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər olub. Noyabrın 10-da həyata keçirilən üçüncü mərhələdə isə daha 650 məhbusun azadlığa buraxılması planlaşdırılır. Bu dəfə 2 il 5 aydan 3 il 2 aya qədər həbs cəzası almış şəxslər proqramdan yararlanacaqlar.

Əvvəlcə proqram çərçivəsində 6 min məhbusun vaxtından əvvəl azad edilməsi nəzərdə tutulsa da, hökumətin müdaxiləsindən sonra bu rəqəm 5 minə endirilib. Zorlama və uşaqlara qarşı ən ağır cinsi cinayətlər törətmiş şəxslər siyahıdan çıxarılıb.