11 noyabr 2026 11:12
125

Dünya dövlətləri Azərbaycanın Konstitusiyasını səmimiyyətlə təqdir edir

Konstitusiya dövlətin əsas qanunudur. Konstitusiya dövlət daxilində ictimai münasibətləri, münasibətlər sistemini müəyyənləş­dirir, dövlət hakimiyyətinin təşkilinin, fəaliyyət istiqamətlərinin, fəaliyyətinin əsaslarını ifadə edir. Siyasi ədəbiyyatda dövlətin statusunu, fəaliyyət konsepsiyasını, ictimai həyatın bütün sahə­lə­rini əhatə edən Konstitusiya “Əsas Qanun” adlandırılır.

Dövlətin qüdrətini, beynəlxalq nüfuzunu həm də onun Konsti­tusiyası müəyyənləşdirir. Döv­­­lətin dövlətçilik pinsiplərinə əsaslanan Konstitusiya  vətən­daş­ların vətəndaşlıq hüquqlarını və vətəndaşlıq borclarını müəyyənləşdirir, vətəndaşlıq sistemi olmaq eti­barilə dövlət və xalq ara­sında ən mühüm ictimai münasibətləri tənzim­lə­yir, konstitusion quru­luşun, dövlət hakimiy­yə­ti­nin təş­kilinin əsaslarını əks etdirir. Buna görə də Konstitusiya ən ali qa­nun­dur. İctimai həyatın bü­tün sahələrini əhatə edən münasibətləri nizamlamağa şərait yarat­dı­ğı­na görə, cəmiyyətdə siyasi sa­bitliyin, ümu­mi maraqların təminatçısı olduğuna görə "Əsas Qa­nun" adlandırılan Konsti­tu­siya dövlətin statusunu, fəaliyyət konsepsiyasını, nəzərdə tutulan prio­ritetlərini əks etdirir. Konsti­tu­siya həm də şəxsiyyət, cəmiyyət və dövlət arasında münasi­bətlərin sivil, bəşəri qaydalarını müəy­yən edir.

Azərbaycan Demokratik Respublikasının Konstitusiyası olmamışdı. Azərbaycanın ilk Konsti­tu­siyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qə­bul edildi. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq olundu. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edil­di­yinə görə 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbay­can SSR-in yeni Konstitusiyası fəaliyyətə başladı.

Zaman dəyişdikcə, siyasi proseslər genişləndikcə, müəyyən mənada, mürəkkəbləşdikcə  Konsti­­­tusiyanın yenilənməsinə, yeni Konstitusiyaya ehtiyac yaranıb. İttifaq tərkibində olanda da be­lə olub, müstəqillik dövründə də. İttifaq tərkibində olanda müttəfiq respublikalarda Konstitu­si­yanın yenilənməsi də, yeni Konstitusiya qəbul edilməsi də Moskvadan asılı idi, SSRİ miqyasında istənilən dəyişiklik müttəfiq respublikalarda da yerinə yetirilirdi. Bu tezis Konstitusiyaya daha hə­s­saslıqla şamil edilirdi.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlandı.. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verildi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azər­bay­can dilidir”. Bu maddə azərbaycançılığın respublika daxilində hansı səviyyədə yaşadıldığının təs­di­qi idi. Bu Konstitusiyaya sonralar xeyli əlavələr və dəyişik­liklər edildi. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə yeniləşən Konstitusiya, 1995-ci ildə müs­təqil Azər­baycan Respublikasının Konstitu­siyası qəbul edilənədək qüvvədə qaldı.

Azərbay­canda milli azadlıq hərəkatı genişləndikdən, İttifaqın süqutundan, onun si­yasi təsir­ləri dağıldıqdan sonra, 1991-ci il oktyabrın 18-də  “Azərbaycan Respublikasının dövlət müstə­qil­li­yi haqqında” Konstitusiya Aktı qəbul olundu. Müstəqil Azərbaycan dünyaya “Mən va­ram!” dedi. Azərbaycanın dövlətində qanunçuluq ideya və dəyərlər kimi Konstitusiya ilə təsbit edildi...

Konstitusiya haqqında böyük tarixi şəxsiyyət Heydər Əliyev demişdi: “Biz elə bir layihə ha­­zırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respubli­ka­sının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissi­ya­sı tərəfindən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsi hazırlandı, 1995-ci il noyabrın 12-də keçirilmiş referendumla qəbul edilən Konstitusiya, dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.

Müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cə­miyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə əsaslı dəyişiklikləri birləşdirən, qa­nun­vericiliyin təkmilləşdirilməsində hüquqi baza kimi mükəmməl və mütərəqqi sənəd olan Kon­sti­tu­siyamız öl­kə­mizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza ya­rat­dı, onun in­ki­şafını sürətləndirdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəy­yən­ləş­dir­di, insan və və­tən­daş hüquqlarının, azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məh­kəmə haki­miy­yəti or­qan­la­rı­nın başlıca vəzifəsi oldu. 

1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublika­sı­nın Qanunu qəbul edildi, 1998-ci ildə konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respubli­ka­sı­nın Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il iyulun 14-də Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edil­mə­si ilə və həmin ilin iyulun 18-də Ulu Öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müs­tə­qilliyini və hakimlərinin hüquqi statusunu tə­min etmək məqsədi ilə imzaladığı Fərmanla Konsti­tu­siya Məhkəməsi rəsmi olaraq fəaliyyətə başladı.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi tarixi Zəfərlə başa çatdı.  2023-cü il sentyabrın 20-də həyata keçirilən antiterror əməliyyatı ilə Azər­bay­canın ərazi bütöv­lüyü və suverenliyi tam bərpa olundu, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edil­miş bütün ərazilərdə də tənzimləndi.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ildə Konstitusi­ya­mı­zın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Su­ve­­ren­lik İli” elan edildi, 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respubli­ka­sında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq olundu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Res­publi­ka­sının 2025-ci il 10 oktyabr tarixli Qanunu ilə “Azərbaycan Respublikası Konsti­tu­si­ya­sının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edildi...

Azərbaycan dünyəvi dövlətdir. Dünya dövlətləri Azərbaycanı bəşəri dövlət kimi tanıyır, bu tanıma Azərbaycanın dünyəvi siyasətdə layiq olduğu yeri müəyyənləşdirir. Belə bir mövqe həm də Azərbaycan dövlətinin əsas Qanununun bəşəriliyinə, dünyəviliyinə ehtiramdir.

Dünya dövlətləri Azərbaycanın Konstitusiyasını səmimiyyətlə təqdir edir...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı