11 noyabr 2026 14:43
60

Xocavənd rayonunda mina hadisəsi baş verib

Qırmızı Bazar qəsəbəsi yaxınlığında traktor minaya düşüb, xəsarət alan var.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, noyabrın 11-də işgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.