13 noyabr 2026 00:59
91

Erməni vəhşiliyi sərhəd tanımır

Yaşadıqları hər yerdən satqınlıqlarına və xəyanətlərinə görə qovulan, köçəri həyat sürən ermənilər çar Rusiyasının yaxından köməyi ilə İrandan, Türkiyədən, Suriyadan gətirilib Azərbaycan ərazilərinə yerləşdirildilər. Ancaq onların köçürülməsi Rusiya çarı I Pyotrun və bir neçə xristian dövlətinin birgə layihəsi idi və türk birliyini parçalamaq məqsədi güdürdü. Beləliklə, yaxşı silahlandırılmış və maddiyyatla təmin olunmuş ermənilərin ləpiri dəyən Azərbaycan torpaqları əsl cəhənnəmə döndərildi. Moskvadakı ağaları onlara plan cızdılar ki, yerli azərbaycanlıları deportasiya edib öz dövlətlərini qursunlar. Bunun üçün yerli xalqın tarixini silmək və ya təhrif etmək, yer adlarını dəyişdirib özününküləşdirmək, özlərini buranın qədim sakini kimi tanıtmaq lazım idi. Rusiya ordusunun əli qanlı generalları-qraf paskeviçlər, sisianovlar, qudoviçlər, zubovlar, lisaneviçlər, karyaginlər, vorontsov-daşkovlar, bir sözlə, “at ilxısı, köpək sürüsü” terrorçu erməni toplumunun xidmətində durmuşdular.

Azərbaycan xalqının tarixi dini abidələrindən biri olan İrəvan Göy məscid də ermənilərin uzun onilliklər ərzində işğal etdikləri tarixi torpaqlarımızda həyata keçirdikləri vandalizmdən kənar qalmayıb. Dağıdılan, yandırılan, İslamda haram buyurulan heyvanların saxlanılması ilə təhqir edilən dini ibadətgahlarımızın, o cümlədən Şuşadakı tarixi məscidlərimizin ardınca bu gün İrəvandakı Göy məscidin zalına hansısa erməni şairin adının verilməsi, müsəlmanların ibadət məkanında gələcəkdə həmin erməniyə büstün quraşdırılmasının nəzərdə tutulması, ümumən, küfrdən və vəhşilikdən başqa bir şey deyildir.

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, mədəni xalqlar hər hansı kitab təqdimatını başqa dinə mənsub ibadət məkanında deyil, öz mədəniyyət ocaqlarında keçirirlər: "Mədəni tədbir adı altında məsciddə şou düzənləmək heç kəsə başucalığı gətirə bilməz. Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərindən qovulmasından sonra indiki Ermənistanda qalan tarixi Azərbaycan mədəni-mənəvi irsindən öz aləmlərində hayıf çıxmaq, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın inşa etdirdiyi, Azərbaycan memarlığının nadir incilərindən biri olan məscidin tarixini saxtalaşdıraraq, İran məscidi kimi qələmə verərək orada qurama tədbirlər keçirmək cəhdləri iflasa məhkumdur".

Vurğulanıb ki, bu mədəni tədbir adı altında baş tutan qeyri-mədəni şou-tamaşanı qətiyyətlə pisləyir, belə halların qarşısının alınmasını Ermənistan hökumətindən tələb edirik.

44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində kapitulyasiyaya imza atmış Ermənistanın guya sülh danışıqlarına sədaqət nümayiş etdirməsi fonunda belə bir rişxənd doğuran hadisənin baş verməsi sülh prosesini şübhə altına alır. Bu, yalnız daşnakların və revanşistlərin maraqlarına xidmət edir.

Xatırladaq ki, Bakının mərkəzində erməni kilsəsinin və oradakı əlyazmaların olduğu kimi saxlanması bu qədirbilməz və həyasız toplum tərəfindən qiymətləndirilmir. Çünki zəhərli daşnak ideyaları hələ bir çoxlarının yuyulmuş beyinlərini tərk etməyib və onlar anormalcasına bütün dünyanı özlərinə borclu hesab edirlər.

Vəli İlyasov, “İki sahil”