Çexiya XİN rəhbəri Ukrayna üzrə Avropanın danışıqlar aparan nümayəndəsinin necə olmalı olduğunu açıqlayıb
Ukraynada nizamlanma üzrə danışıqlarda Avropanın nümayəndəsi münaqişənin bütün tərəfləri tərəfindən qəbul edilməlidir.
“İki sahil” xəbər verir ki, Bu barədə Çexiyanın Baş nazirinin müavini və xarici işlər naziri Petr Matsinka bəyan edib. Çıxışın videoyazısı Çexiya Televiziyasının saytında yerləşdirilib.
"Seçiləcək bu şəxs Qərbin hörmətini qazanmalı, lakin, eyni zamanda, Şərq tərəfindən də müsbət qarşılanmalıdır. Bu, Avropa nümayəndəsinin seçilməsi zamanı ilk şərtdir. Biz kor-koranə şəkildə gözübağlı, məhdud düşüncəli elə birini seçə bilmərik ki, Rusiya onunla həyatı boyu danışıqlar aparmasın. Biz həmçinin ukraynalıların etibar etməyəcəyi birini də seçə bilmərik", — deyə XİN rəhbəri qeyd edib.
Matsinka bununla əlaqədar olaraq 2026-cı il oktyabrın 27-də Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Styörenin RF Prezidenti Vladimir Putinlə baş tutan telefon danışığını xatırladıb. "Danışıqlar prosesi başlayır və bu, yaxşı haldır", — deyə o bildirib.