13 noyabr 2026 23:13
113

Argentinada qaz kəmərinin partlaması nəticəsində onlarla insan xəsarət alıb

Argentinanın Buenos-Ayres şəhərətrafında yerləşən Remedios-de-Eskalada şəhərində qaz kəmərinin partlaması və ardınca başlayan yanğın nəticəsində 20 nəfər xəsarət alıb.

“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, Bələdiyyə orqanlarının məlumatına görə, partlayış "MetroGAS" şirkətinin qazpaylayıcı şəbəkəsinin yenilənməsi işləri zamanı baş verib. Podratçı təşkilatın əməkdaşları tərəfindən istifadə olunan texnika orta təzyiqli borunu zədələyib ki, bu da qaz sızmasına və ardınca partlayışa səbəb olub.

Hadisə nəticəsində 20 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər. Beş nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Yeni partlayışlar təhlükəsi səbəbindən səlahiyyətlilər yaxınlıqdakı evlərin sakinlərini, eləcə də məktəb, qocalar evi və kommersiya obyektlərindəki insanları təxliyə ediblər. Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.