Türkiyə Ermənistana istiqamətlənən hərbi təyyarənin öz hava məkanından keçməsinə icazə verməyib.
“İki sahil” xəbər verir ki, bu barədə hərbi aviasiya uçuşlarını izləyən İtaliyanın “ItaMilRadar” monitorinq resursu məlumat yayıb.
Məlumata görə, Livandan Ermənistana uçan, MM62227 bort nömrəli “Boeing KC-767” hərbi nəqliyyat təyyarəsi Türkiyənin hava məkanından keçmək üçün müvafiq icazə ala bilməyib.
Nəticədə təyyarə Türkiyəni qərb istiqamətindən, Qara dəniz və Bolqarıstan üzərindən keçərək uçuşunu davam etdirib.
Qeyd edək ki, təyyarə İtaliya Müdafiə Nazirliyinin balansında olub və Livanda hərbi missiyada iştirak edən Ermənistan hərbçilərini daşıyıb.
Monitorinq resursu ehtimal edir ki, Türkiyə tərəfi əvvəlcə uçuş icazəsinin verməməsi təyyarənin hərbi təyinatlı olması və Ermənistana istiqamətlənməsi ilə əlaqəlidir.
Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər