Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 545 min 938 tona yaxın dizel yanacağı istehsal edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Report" Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verib.
Bildirilib ki, bu, 2025-ci ilin sentyabr ayı ilə müqayisədə 18 min 962 ton və ya 3,6 % çoxdur.
Ümumilikdə, bu ilin sentyabr ayında Türkiyədə fəaliyyət göstərən emal müəssisələrində 1 milyon 490 min 151 min tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 114 min 931 ton və ya 8,3 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.
Hesablama Palatası: Özəlləşdirmə üzrə borc qalıqları büdcə üçün əlavə vəsait potensialı yaradır
SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb
"Binance" vəsaitlərin çıxarılmasına dair bütün məhdudiyyətləri aradan qaldıracaq
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir