Yanvarın 24-də “YARAT” Müasir İncəsənət Mərkəzinin film klubunda rusiyalı rejissor Yekatirena Telegiyanın ekranlaşdırdığı “Ayrılmaq vərdişi” filmi nümayiş olunacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, rus dilində təqdim olunacaq filmin nümayişinə hər kəs qatıla bilər.
Məhəbbət mövzusunda olan ekran əsəri bir növ fəlsəfi məna daşıyır. “YARAT” film klubunun təşkilatçılığı ilə nümayiş olunacaq filmin xronometrajı 90 dəqiqədir.