ABŞ İranla münaqişənin uzunmüddətli müharibəyə çevrilməsinə və daha iki il davam etməsinə imkan verməyəcək.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Prezident Donald Tramp İranın nüvə proqramını ABŞ üçün təhlükə hesab edir. Bununla belə, Vaşinqton yeni uzunmüddətli müharibəyə cəlb olunmaq niyyətində deyil.
Vens əminliyini ifadə edib ki, Tramp ölkəni bu münaqişədən “əla nəticələrlə” çıxaracaq.
ABŞ-nin Vitse-prezidenti vurğulayıb ki, Vaşinqtonun İranda uzun müddət qalmaq niyyəti yoxdur.