Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli noyabrın 26-da Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək.
“İki sahil” xəbər verir ki, vətəndaşlar noyabrın 17, 18 və 19-u tarixlərində (3 gün) qəbula yazılmaq üçün Agentliyə rəsmi müraciət edə bilərlər.
Müraciətlər [email protected] elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 311-20-19 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.