17 noyabr 2026 20:38
73

İki avtomobil toqquşub, ölən var

Samuxda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

“İki sahil” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.