17 noyabr 2026 22:00
384

Oktyabr ayında mikromobillik vasitələrindən istifadə edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb

Mikromobillik infrastrukturunun inkişafı istiqamətində görülən işlər, zolaqlar şəbəkəsinin genişləndirilməsi, velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələrindən istifadənin təşviqi bunəqliyyat növlərinə marağı xeyli artırıb.

2026-cı ilin oktyabr ayında mikromobillik vasitələri 544 365 dəfə sifariş olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% çoxdur. Velosiped və skuterlərdən ötən ay istifadən edənlərin sayı 297 265 nəfər, qət edilən məsafə isə 2 119 185 kilometr təşkil edib. Bu isə ötən ilin oktyabr ayı ilə müqayisədə müvafiq olaraq 35% və 31% artım deməkdir. 

Nəzərəçarpacaq artım ümumilikdə bu ilin 10 ayında qeydə alınıb. 2026-cı ilin yanvar-oktyabr aylarıərzində Bakı şəhərində mikromobillik vasitələri 3 811 106 dəfə sifariş olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artım deməkdir. 

Bu müddət ərzində mikromobillik vasitələrindən istifadə edənlərin sayı 1 946 866 nəfər təşkil edib. 2025-ci ilin yanvar-oktyabr aylarınıngöstəricilərindən bu 19% çoxdur. 

Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş istifadə edilən velosiped və skuterlərlə bu ilin yanvar-oktyabr aylarında 10 549 590 km yol qət edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir. 

Qeyd edək ki, bu rəqəmlər yalnız kirayə xidmətinə dair məlumatları əks etdirir. Şəxsi velosiped və skuterlərdən istifadə edənləri də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu demək olar.