Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun“Biomimetik katalizatorlar və sensorlar” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoruNuranə Məlikova və laboratoriyanın elmi işçisi, doktorant Gülşən Nəhmətova Çexiyanın Praqaşəhərində hibrid formatda keçirilən “Kimya sahəsindənailiyyətlərə dair III Beynəlxalq DoktorantlarKonfransı”nda (IDCAC 2026) iştirak ediblər.
Konfrans çərçivəsində institutda aparılan elmitədqiqatların nəticələri beynəlxalq elmi ictimaiyyətətəqdim olunub.
Gülşən Nəhmətova konfransda biomimetikkatalizatorların iştirakı ilə metanın hidrogen peroksidləbirbaşa oksidləşməsi, metanol və dimetil efirinalınması, həmçinin prosesin mexanizmi və kinetikqanunauyğunluqlarının öyrənilməsi istiqamətindəaparılan tədqiqatlardan bəhs edib.
Səfər çərçivəsində Nuranə Məlikova Praqa Kimya-Texnologiya Universitetində (University of Chemistryand Technology, Prague) akademik əlaqələrin inkişafıistiqamətində görüşlər keçirib.
İnstitutun hər iki əməkdaşı universitetin elmi-tədqiqatinfrastrukturu və laboratoriyalarının fəaliyyəti ilə tanışolublar. Analitik kimya və fiziki-kimyəvi analizlaboratoriyalarında aparılan tədqiqatlar, tətbiq olunanmetodlar və müasir avadanlıqlar barədə məlumat əldəediblər. Onlara Thermo Scientific Nicolet iS50 FTIR İQ-Furye spektrometri, SCION qaz xromatoqrafları, Shimadzu GCMS-QP2010 SE xromato-kütləspektrometri, Hettich EBA 20 sentrifuqası, BeckmanCoulter Multisizer və Brookfield CT3 teksturaanalizatorları da daxil olmaqla müxtəlif cihazlartəqdim olunub.
Bundan əlavə, institutun əməkdaşları 1,5 milyondançox ədəbiyyat nümunəsinin saxlanıldığı Çexiya MilliTexniki Kitabxanasının (NTK) fəaliyyəti ilə tanışolublar.
Səfər zamanı gələcək beynəlxalq elmi əməkdaşlıqimkanları da müzakirə edilib.