18 noyabr 2026 22:12
158

“LANDAU Lions” FIBA Avropa Kubokunda növbəti oyununu keçirib

Azərbaycanın “LANDAU Lions” basketbol komandası FIBA Avropa Kubokunda növbəti qarşılaşmasını keçirib.

“İki sahil” xəbər verir ki, G qrupunun VII turunda Slovakiyanın “Prievidza” klubu ilə qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan görüş Slovakiya təmsilçisinin 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, səkkiz oyunda yalnız bir qələbə əldə edən “LANDAU Lions” 8 xalla qrupda sonuncu – 6-cı pillədə qərarlaşıb.