19 noyabr 2026 08:43
185

Oman sahillərində neft tankerinə hücum edilib

Oman sahillərində tankerə naməlum mərminin dəyməsi nəticəsində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

İnsident Omanın Həsəb şəhərindən altı dəniz mili (təxminən 11 km) şimalda baş verib. Mərminin dəyməsi nəticəsində gəminin maşın şöbəsi alışıb.

Zərərçəkənlər və dəymiş ziyanın miqyası barədə məlumat daxil olmayıb.