Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilən Məleykə Abbaszadə müasir universitetin gəncləri ölkənin gələcəyi qarşısında məsuliyyət daşımağa hazırlamalı olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, Məleykə Abbaszadə ona göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
"Bu təyinat mənim üçün böyük şərəfdir. Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm", - deyə o qeyd edib.
Onun sözlərinə görə, ilk addımlar mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır:
"Universitetdə yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Bununla yanaşı, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır. İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm".
Fərdi jurnalist, çap və onlayn media subyektləri üçün keçirilən müsabiqələrdə yenilik edilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir