Daşkəsəndə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümü qeyd olunub.
“İki sahil” xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və partiya fəalları Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
Abidənin önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz və unudulmaz xatirəsinə dərin ehtiram ifadə olunub.
Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində böyük inkişaf yolu keçərək ölkəmizin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib. Bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Partiya Ulu Öndərin zəngin siyasi irsinə və dövlətçilik ideyalarına sadiq qalaraq, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Azərbaycanın bütün sahələr üzrə tərəqqisi naminə fəaliyyətini uğurla davam etdirir.
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - VİDEO
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib