20 noyabr 2026 22:43
75

Azərbaycan millisi İraqa qalib gəldi

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət mili komandası Bakıda təşkil olunan təlim-məşq toplanışında 2-ci yoldaşlıq oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv bu gün İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda yığmamız 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Azərbaycan (U-20) – İraq (U-20) - 2:1

Qollar: Nicat Nərimanov, 25; Şahin İbrahimov, 45 - Moamel Malik Sabah, 67