Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.