21 noyabr 2026 20:09
164

Hakkanen: Rusiyanın helikopteri Finlandiyanın hava məkanını pozub

Rusiya helikopteri Loviysa sahillərində Finlandiyanın hava məkanını pozub.

“İki sahil” xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"Ehtimal olunur ki, Rusiya helikopteri bu gün saat 12:34-də (Bakı vaxtı ilə 14:34-də) Loviysa sahillərində 4,1 km məsafədə Finlandiyanın hava məkanını pozub", - bəyanatda bildirilib.

Finlandiyanın müdafiə naziri Antti Hakkanenin bəyanatına görə, insident müdafiə qüvvələri və sərhəd mühafizəsi tərəfindən digər qurumlarla birgə araşdırılır.