Slovakiyanın qərbində yerləşən Modra şəhərində müəllim hazırlığı kollecində naməlum maddənin sızması nəticəsində 25-i azyaşlı olmaqla 40 nəfər xəstəxanaya yerləşdirilib.
“İki sahil” xəbər verir ki, Bratislavadakı Milli Uşaq Xəstəlikləri İnstitutunun mətbuat katibi Dana Kameniçka xəstəxanaya yerləşdirilənlərdən 25-nin 15-17 yaşlı yeniyetmələr olduğunu bildirib.
Hadisə yerinə gələn xilasedicilər, yanğınsöndürənlər və polis əməkdaşları məktəb binasındakı müəllim və şagirdlərin təxliyəsini həyata keçiriblər. Naməlum maddədən zəhərlənən şəxslərin bəziləri təcili tibbi yardım helikopterləri ilə xəstəxanalara çatdırılıb.
Polis hadisə ilə bağlı "İctimai sağlamlığa təhlükə yaratmaq" maddəsi üzrə cinayət işi açıb.
Qeyd edək ki, hadisə cümə günü baş verib. Zərərçəkənlərin əksəriyyətinin şənbə günü xəstəxanalardan evə buraxılacağı gözlənilir. Modra Pedaqoji Kollecinin tələbə və əməkdaşlarının zəhərlənməsinə səbəb olan maddənin növü hələlik açıqlanmayıb.
Çinin “MiniMax” süni intellekt şirkətinin təsisçisi sərvətinin 90 faizindən çoxunu itirib
Bu gün Fransada keçirilən etiraz aksiyalarında 80 mindən çox insan iştirak edib
“Costa Concordia” gəmisinin keçmiş kapitanı doqquz ildən sonra şərti azadlığa buraxılıb
Hindistanın şimal-şərqində saxta spirtli içkidən 11 nəfər ölüb, 180 nəfər zəhərlənib