22 noyabr 2026 10:50
107

AZƏRBAYCAN VOLEYBOL FEDERASİYASI (AVF) YENİYETMƏ VƏ GƏNC QIZLAR ARASINDA SEÇİMLƏRƏ START VERİR

 

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc qızlar arasında seçimlərə start verir.
2026-cı ilin noyabr, dekabr və 2027-ci ilin yanvar ayları ərzində Bakıda və regionlarda fəaliyyət göstərən Regional Voleybol Klublarında (RVK) məşq edən 2014 və 2015-ci il təvəllüdlü idmançılar arasında “Seçim günü” keçiriləcək.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Gökhan Edman tərəfindən aparılacaq seçimlərdə fərqlənəcək voleybolçular müvafiq yaş qrupları üzrə milli komandalara cəlb ediləcəklər.
28-29 noyabr, 2026 – Sumqayıt RVK
28-29 noyabr, 2026 – Şərqi Zəngəzur RVK
5-6 dekabr, 2026 – Oğuz RVK
19-20 dekabr, 2026 - Gəncə RVK
19-20 dekabr, 2026 - Turan Voleybol Akademiyası
9-10 yanvar, 2027 – AVF-nin Naxçıvan filialı
16-17 yanvar, 2027 - Bakı RVK