ABŞ 40 günlük müharibəyə bənzər münaqişə ilə İrana qarşı məqsədinə çatmayacağını anlayıb.
“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
"Bu şəraitdə düşmənin əsas prioriteti hərbi müharibə əvəzinə iqtisadi təzyiqlər və ölkə daxilində parçalanma yaratmağa yönəlmiş digər addımların planlaşdırılmasıdır", - o bildirib.
Qalibaf vurğulayıb ki, əldə olunan bu nəticə İran silahlı qüvvələrinin sayəsində mümkün olub.