22 noyabr 2026 23:04
155

Türkiyə COP31-də kompromisə nail olmaq üçün bütün imkanlardan istifadə edib

Türkiyə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP31) Antalyada keçirilən 31-ci sessiyasında kompromisə nail olmaq üçün bütün imkanlardan istifadə edib.

“İki sahil” xəbər verir ki, bunu konfransın sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

O qeyd edib ki, bəzi ölkələr tarixi məsuliyyətlərinin tələb etdiyi səyləri və çevikliyi nümayiş etdirə bilməyiblər.

"Türkiyə Antalyada kompromisə nail olmaq üçün bütün imkanlardan istifadə edib. Bu gün burada baş verənləri, dalana dirənmiş danışıqları və prosesləri bütün dünyanın və bəşəriyyətin mühakiməsinə buraxıram", – nazir COP31-in bağlanış mərasimində çıxışı zamanı deyib.