23 noyabr 2026 14:44
93

Səbail və Yasamal rayonlarının bəzi ərazilərində su təchizatında fasilə yaranacaq

Noyabrın 25-də magistral su xəttinin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin aparılması ilə əlaqədar Səbail və Yasamal rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki,  “İri Şəhərlərin Su Təchizatı” QSC-dən bildirilib ki, suyun əvvəlki rejimlə verilməsi noyabrın 26-da səhər saatlarında bərpa olunacaq.