23 noyabr 2026 14:45
68

TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir

Azərbaycanın qazının TAP layihəsi çərçivəsində Avropanın ölkələrinə çatdırılması enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əməkdaşlıq nümunəsidir.

“İki sahil” xəbər verir ki, bu sözləri İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.

O qeyd edib ki, sualtı kabellərin çəkilməsi, dəmir yolu sahəsində iri layihələrin həyata keçirilməsi də əməkdaşlıq istiqamətlərindən biridir.