24 noyabr 2026 17:47
45

Kəlbəcərin azadlığı milli iradənin, dirçəlişi dövlət siyasətinin təntənəsidir

Ermənistan ərazi iddiasına görə işğalçılıq müharibəsinə başladı, güvəndiyi dövlətlərin siyasi və hərbi yardımı ilə Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. Ermənilər müharibəni təkcə dö­yüş­lərlə aparmırdı, Azərbaycanın mədəniyyəti ilə də, qədim tarixi ilə də döyüşürdü. Kəlbəcər 1993-cü il aprelin 2-də işğal olundu. İşğalçı Ermənistan Kəlbəcərdə 30 min il­dən çox tarixi olan qədim yaşayış məskənlərini, 6 min il yaşı olan qaya təsvirlərini, qədim türk əlif­­bası nümunələrini, ... dağıtdı. İşğala kimi Kəlbəcər ərazisində Başlıbel, Ağdaban faciələri törədən ermənilər əhali Kəlbə­cə­ri tərk edəndə “Tunel” deyilən ərazidə çox ağır qırğın törətdi...

BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüv­və­lərin Kəlbəcərdən, eləcə də Azərbaycanın işğal olunmuş digər ərazilərindən çıxarılması tə­ləb olunurdu. Ermənistan bu tələbi yerinə yetirmədi...

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, noyabrın 10-da üç­tə­rəfli Bəyannamə imzalandı. Məğlub Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlardan dö­yüş­süz çıxmalı idi. Bu razılaşma məğlubiyyəti qeyd-şərtsiz qəbul etmə olacaqdı. Məğlub Ermə­nis­tan Bə­ya­nnamənin şərtlərinin əksəriyyətinə əməl etdi. Bəyannamə İkinci Qarabağ müharibə­si­nin başa çatmasının rəsmi sənədi oldu.

Ermənistan ordusunun hissələri, zamanında Kəlbəcərə köçürülmüş erməni ailələri Kəlb­ə­cə­ri noyabrın 25-də tərk etdi.

Kəl­bəcər necəydi, necə olmuşdu? Kəlbəcərdə Emənistan xislətinin izləri qalmışdı.....

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il avqustun 16-da Kəl­bə­cərə səfərində, Murovdağda tunelin təməlqoyma mərasimində, rayonda keçirilən görüşlərdə  İkin­­­ci Qarabağ müharibəsinin başlamasından, əks-hücum əməliyyatlarından, Kəlbəcərin şimal his­­sə­sin­də stra­teji yüksəkliklərin ermənisizləşdirilməsinin əhəmiyyətindən söz açanda dedi: “Və­tən mühari­bə­si­nin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvə­ləri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbə­cərin şimal hissəsində stra­te­ji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərə­cə­də məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bil­mə­dilər. Bəzi istiqa­mət­­lərdə strateji nöqtələri götürərək Ermənistan or­dusunun hərəkətlərini de­mək olar ki, iflic vəziy­yətə salmışdıq”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il no­yab­­rın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi, Kəlbəcər rayonunun iş­ğal­dan azad edilməsi uğrunda gedən döyüş əməliyyat­larında iştirak edən, igidlik və şücaət göstərən   Azər­bay­can Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu bu medalla  təltif olundu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də im­za­­la­dığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər gün­ləri təsis edildi. Min illərlə müharibələr gedib, minlərlə şəhər iğaldan azad olunub, heç birində bu sə­viy­yədə tarixi qətiyyət göstərilməyib. Bu Sərəncama əsasən 25 noyabr Kəlbəcər Şəhəri Gü­nü elan olundu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edildi. Şəhərin 1969-cu ildə tərtib edi­lən işğala qədərki son Baş Planında ərazisi 130 hektar, əhalisinin sayı isə 7500 nəfər  idi, bu planda 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artaraq 290 hek­ta­ra yaxın, 17000 nəfər nəzərdə tutulur. Şəhərin mərkəzi orta mərtəbəli çoxmənzilli və in­zibati binalar­dan ibarət olacaq...

Qayıdış prosesi Kəlbəcərdə də başlayıb. Cari ilin noyabrına kimi Kəlbəcərdə 162 ailə, say baxımından 681 nəfər məskunlaşıb. 1993-cü ilin aprelində Kəlbəcərdən çı­xan­da sonuncu kəlbə­cər­­li­­lərin “El yeridi, yalqız qaldım səhrada...” dediyinə zərrəcə şübhəm yoxdu. Ürəyi Kəlbə­cər­lə dö­yünənlərin indi bu prosesin başladığını bilincə, görüncə “Ellər dönür, dönüşümə az qalıb...” dediyi­nə də zərrəcə şübhəm etmirəm...

Kəlbəcər rayonunda infrastruktur yenidən qurulur, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu­nun tikintisinin 89 faizi tamamlanıb. “İstisu” Müalicə-İstirahət Kompleksində müalicə mine­ral sular, palçıq və iqlim istiqamətləri üzrə aparılacaq.

Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviy­yə­sindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda is­ti­liyi 60 dərəcədən yuxarı olan “İstisu” mineral suyu minerallarla zəngin nadir su­­dur. İşğaldan son­ra­kı tə­məli 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tə­rə­findən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. Za­vodun illik istehsal gücü 100 milyon şüşə butulkadan çoxdur. İkinövbəli iş rejimində fəaliyyət göstərən mü­əs­sisədə təxmi­nən 100 nəfər işlə təmin edilib. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayon­la­rının sakinləridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kəlbəcərə hər səfəri quru­cu­luq işlərinin genişlənməsini təmin edir...

Kəlbəcər yenidən qurulur. Kəlbəcər gözəl qurulur, Kəlbəcər yenə görənlərin gözlərini də se­­vindirəcək, könlünü də...

Kəlbəcərə qayıdış başa çatandan sonra Kəlbəcər Şəhəri Günü böyük, çox böyük coşqu ilə qeyd olunacaq. Onda Kəlbəcərdə tavar sazda bir “Yurd yeri” səslənəcək. Hamının səssiz pıçıltısı bir niyyətin işığına dönəcək: Qayıtmışıq, Kəlbəcərim!..

Səbinə Xasayeva,

Milli Məclisin deputatı