25 noyabr 2026 16:38
216

YAP Kürdəmir rayon təşkilatının veteranı Həsən Hidayətovun 75 illik yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiya veteranı, rayon təşkilatının yaradıcılarından olan, rayon təşkilatının ictimai-siyasi həyatında uzun illər fəallıq göstərmiş Həsən Mustafa oğlu Hidayətovun 75 illik yubileyi münasibətilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov  yubilyarı  təbrik edərək ona  möhkəm cansağlığı, uzun ömür və səadət  dolu günlər arzulayıb.

Yubilyar Həsən Hidayətov  göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər yaradıcısı Ulu Öndər Heydər Əliyev olan  partiyanın təbliğatındakı fəaliyyətinin  onun  üçün böyük qürur olduğunu söyləyib.

YAP Kürdəmir rayon təşkilatı tərəfindən Həsən Hidayətova uzun müddət  partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına  görə  Təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.