Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli dekabrın 11-i saat 11:00-da Ağdam şəhər Muğam Mərkəzində Xankəndi şəhəri və Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq dekabrın 10-dək qəbula yazıla bilərlər.
Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.