BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymətləndirməsinə görə, yaxın altı ay ərzində dünyanın 16 regionunda aclıq problemi daha da kəskinləşəcək.
“İki sahil” xəbər verir ki, böhranın əsas səbəbləri hərbi münaqişələr və silahlı zorakılıqdır. Bundan əlavə, BMT ekspertləri ekstremal iqlim hadisələrini, xüsusilə də “El-Ninyo” fenomenini sabitliyi pozan amillər sırasına daxil ediblər.
Hərbi münaqişələr və silahlı zorakılıq 16 böhran nöqtəsindən 12-də əsas risk amilinə çevrilib. Ekspertlərdə ən böyük narahatlıq doğuran ölkələr Sudan, Cənubi Sudan, Somali, Yəmən və Nigeriyanın ayrı-ayrı rayonlarıdır. Həmin ərazilərdə 2022-ci ildən 2025-ci ilədək humanitar yardımın həcmi iki dəfədən çox azalaraq 5,1 milyard dollardan 2 milyard dollara enib.
BMT-də “ciddi narahatlıq doğuran” regionlar sırasına Əfqanıstan, Konqo Demokratik Respublikası, Fələstin, eləcə də cinayətkarlığın və silahlı zorakılığın artması nəticəsində 1,5 milyon insanın məcburi köçkün düşdüyü Haiti də daxildir.
“El-Ninyo” iqlim fenomeni Cənubi Afrika, Uqandanın şimal-şərqi və Mərkəzi Amerikanın “Quru dəhliz”i (Qvatemaladan Kosta-Rikaya qədər uzanan 1600 kilometrlik ərazi) kimi regionlar üçün xüsusi risk yaradır. BMT-nin hesablamalarına əsasən, 2027-ci ilin sonuna qədər bu ərazilərdə təxminən 49 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər.
Ukraynada kritik infrastruktur obyektləri ilə bağlı məlumatların yayılmasına qadağa qoyulub
Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür