28 noyabr 2026 09:53
144

Peyk görüntüləri İranda yeni yeraltı obyektin tikintisini ortaya qoydu

İran ölkənin İsfahan və Nətənz şəhərlərində yerləşən iki mühüm nüvə mərkəzi arasında, əvvəllər məlum olmayan ərazidə yeni obyektin fəal tikintisini aparır.

“İki sahil” xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (ISIS) yeni peyk görüntülərinin təhlilinə istinadən məlumat verib.

Ekspertlərin məlumatına görə, Tehran İsfahan nüvə kompleksi ilə Nətənz yaxınlığındakı Pikaks dağı arasında, təxminən yarı yolda (65 km məsafədə) yerləşən Bəhcətabad yaşayış məntəqəsi ərazisində yerin dərinliyində yerləşən obyektin ətrafında mühafizə hasarının tikintisinə başlayıb.

Nətənz İranın məlum olan ən böyük uran zənginləşdirmə mərkəzidir. O, həm 2025-ci ilin iyununda baş vermiş qısamüddətli münaqişə zamanı, həm də 2026-cı ilin fevralında hərbi əməliyyatlar başlayandan sonra ABŞ-ın hücumlarına məruz qalıb.