28 noyabr 2026 16:07
121

Azərbaycan mis məftil istehsalını 17 dəfədən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 618,2 ton mis məftil istehsal edilib.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 dəfə çoxdur.

Təkcə oktyabrda isə ölkədə 103,4 ton mis məftil istehsal edilib. Ötən ilin oktyabr ayında istehsal həyata keçirilməyib.

Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb.

2025-ci ildə Azərbaycanda 114,6 ton mis məftil istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 78,6 % azdır.