29 noyabr 2026 01:27
115

İrakli Kobaxidze: Azərbaycanla danışıqlar nəticəsində iqtisadi təhlükəsizliyimizlə bağlı ən vacib razılaşmalara nail olduq

Azərbaycanla çox dostcasına danışıqlar apararaq, iqtisadi təhlükəsizliyimizlə birbaşa əlaqəli olan ən vacib razılaşmalara nail olduq. Qazın həcmi, qiyməti də daxil olmaqla əldə etdiyimiz çoxsaylı razılaşmalar məhz dostluq münasibətlərimizin nəticəsidir.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Açıq Hava” verilişində bildirib.

Onun sözlərinə görə, dostluq və ləyaqətli münasibət olmadan bu cür razılaşmalar əldə edilmir.

İrakli Kobaxidze efirdə Gürcüstanın Rusiya ilə bağlı olduqca aydın qırmızı xətlərinin olduğunu da vurğulayıb.