Azərbaycan millisinin üzvü Madina Kaisinova İtaliyanın paytaxtı Romada keçirilən Avropa Açıq Turnirində bürünc medal qazanıb.
+78 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/4 finalda polşalı Emiliya Qonsiora qalib gəlib. Yarımfinalda Niderland təmsilçisi Karmen Diykstraya məğlub olan idmançımız üçüncü yer uğrunda qarşılaşmada italiyalı Alessiya Cordanodan üstün olub.
38 ölkədən 261 cüdoçunun qatıldığı turnirdə Azərbaycan 6 qadın idmançı ilə təmsil olunur. Yarışın ikinci günündə millimizin daha 5 üzvü mübarizəyə qoşulacaq.