29 noyabr 2026 20:13
242

Qəza səbəbindən paytaxtın Heydər Əliyev prospektində sıxlıq yaranıb

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, kənar yolda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “İki sahil”ə bildirilib ki, qəza səbəbindən əsas və kənar yolda hər iki istiqamətdə sıxlıq yaranıb.

Hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görür.