30 noyabr 2026 01:22
102

Samuxda qadın qadını niyə bıçaqlayıb?

Samuxda qadınlar arasında mübahisə qanla bitib.

“İki sahil” xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Samux rayonunun Qarabağlar kəndində 1993-cü il təvəllüdlü Aysel Qurbanova mübahisə zəminində kəsici-deşici alətlə xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun tanışı 1998-ci il təvəllüdlü P.Tağıyevadır. Hadisənin tərəflər arasında qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.