26 yanvar 2017 22:14
419

Heydər Əliyev Sarayında caz musiqisi axşamı

Martın 16-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş caz musiqisi axşamı təşkil ediləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, musiqi axşamında Vaqif Mustafazadənin müəllifi olduğu əsərlər səsləndiriləcək.

Konsertdə tanınmış və gənc musiqiçilərin ifaları dinləniləcək.