14 fevral 2016 00:06
165

Şeyxin təyyarəsi Türkiyədə qəzaya düşdü

Qətər Əmirliyinin şeyxi Temim bin Hamad Al Saninin təyyarəsi İstanbulun Atatürk Beynəlxalq Hava Limanında qəzaya uğrayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Trabzondan İstanbula gələn Türk Hava Yollarına (THY) məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin qanadı Atatürk aeroportunda Şeyxin təyyarəsinin quyruq hissəsinə sürtülüb. Qəza sərnişin təyyarəsinin manevr edərək dönməsi zamanı baş verib.

Hadisədən dərhal sonra təyyarədə texniki yoxlama işləri aparılıb. Daha sonra təyyarələrin uçuşuna icazə verilib.