Bugünkü uğurlarımız tarixə, keçilən yola bir nəzər salmağı zərurət kimi ortaya qoyur. 25 illik müstəqillik tarixinə malik olan Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadıqları tariximizin bir səhifəsi kimi hər zaman vərəqlənir. O zaman ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından Azərbaycan öz müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Hərc-mərclik, özbaşınalıq, iqtisadi böhran, torpaqlarımızın işğalı həmin dövrün səciyyəvi xüsusiyyələri idi. Belə çətin məqamda xalq üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu. Xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı müraciətdə də həmin dövrün xarakteristikası öz əksini tapmışdır. Müraciətdə bu reallıq öz əksini tapıb ki, xalqı düşdüyü bu ağır vəziyyətdən xilas edəcək yeganə lider Sizsiniz.
Ömrünün 6-cı onliyini arxada qoyan bir ziyalı kimi həmin dövrü yaxşı xatırlayır, Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlardan qürur duyur, onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunaraq, gələcəyə böyük inamla baxır, yeni hədəflərə doğru addımlayan Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözlədiyini böyük fəxr hissi ilə qeyd edirəm.
İxtisasca iqtisadçıyam. .Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. İlk əmək fəaliyyətimə “Çinar”” İstehsalat Birliyində mühasib kimi başlamışam. Pillə-pillə yüksələrək, ilk olaraq böyük mühasib, əmək haqqı şöbəsinin rəisi, baş mühasibin müavini, baş mühasib, sonra isə “Çinar” İstehsalat Birliyində baş direktorun iqtisadi məsələlər üzrə müavini vəzifəsində işləmişəm. Əmək fəaliyyətimin əhatə etdiyi bu dövr həmin illərin reallıqlarını daha aydın şəkildə şərh etməyimə imkan yaradır.
Əvvəldə də qeyd etdiyim kimi, Azərbaycanı azad, suveren, müstəqil görmək istəməyən qara qüvvələr ən çirkin yollara əl atır, onların dəstəyi sayəsində ermənilər əsassız torpaq iddiaları ilə çıxış edərək, işğalçılıq siyasəti yürüdür, bütün bunlar xalqın sabaha ümidlərini heçə endirirdi. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda ulu öndər Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız o, xilas edə bilər. O dövrdə xarici qüvvələrin dəstəyi ilə daxildəki seperatçıların özbaşınalığı, yaratdıqları hərc-mərclik çalışdığım “Çinar” İstehsalat Birliyindən də yan keçmədi.
Amma 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu Heydər Əliyevin böyük inam və qətiyyətilə qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik təmin edildi.
Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 13 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davm etdirilməsi Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırır. Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanıb.
Ölkəmizin bu uğurlarında ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının töhfələri böyükdür. Milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası yarandığı gündən öz siyasi xəttinə sadiq olmuş, dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti seçib. Bu gün sıralarında 700 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası hər bir seçki prosesinə yeni hədəflərlə qatılaraq sonrakı mərhələdə onların gerçəkləşməsinə səy göstərir. Populizmdən uzaq olan bu partiyaya xalqın sevgisi şəksizdir.
İstər “Çinar” İstehsalat Birliyində işlədiyim dövrdə burda partiyanın ilk ərazi təşkilatının yaradılmasında, istərsə də 2004-cü ildən işlədiyim Qaz Anbarlarının İstismarı İdarəsində yaradılan ərazi ilk partiya təşkilatının sədr müavini kimi fəaliyyətimdə partiyanın Nizamnəməsini əsas tutmuş, YAP-ın keçdiyi inkişaf yolunun bugünkü və gələcək nəsillərə çatırılmasına səy göstərmişəm.
Bir vətəndaş olaraq mən də çalışdığım sahədə bu məsuliyyətin öhdəsindən layiqincə gəlməyə çalışmışam. Belə ki, SOCAR-ın Qaz Anbarlarının İstismarı İdarəsində işlədiyim müddətdə, 2008-ci ildə yeraltı qaz anbarlarına 1 mlrd. 400 min kub.m qazın vurulması ilə əlaqədar olaraq Fəxri fərmanla, Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunaraq, ölkənin ictimai-siyasi həyatında fəal iştirakıma görə isə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif olunmuşam. Onu da qeyd edim ki, YAP Qaradağ rayon təşkilatı İdarə Heyətinin üzvüyəm. Partiyanın hər bir üzvü kimi mən də belə bir təşkilatda təmsil olunmağımla qürur duyuram. Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi onun yaradıcısı olduğu, bu gün cənab İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyən və inkişaf edən Yeni Azərbaycan Partiyasının fəaliyyətinə bələdçilik edir, gələcək yoluna işaq salır.
Neft strategiyasının uğurlu icrasına öz töhfələrini verən SOCAR-ın hər bir idarə və müəssisəsi üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışır. Ulu öndər Heydər Əliyevin sərəcamı ilə təsis olunan 20 sentyabr-Neftçilər Gününü hər bir müəssisə özünün hesabat günü kimi dəyərləndirərək, gördüyü işlərin hesbatını açıqlayır, növbəti ilin prioritetlərinə diqqət yetirir. Çalışdığım SOCAR-ın Qaz Anbarlarının İstismarı İdarəsinin kollektivi də uğurlara öz töhfələrini vermək üçün əzmlə çalışır.
Bir sözlə, möhkəm təmələ əsaslanan siyasət Azərbaycana daha möhtəşəm uğurlar vəd edir. Ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.
Hüseyn Vəliyev,
Yeni Azərbaycan Partiyasının üzvü
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu