08 fevral 2017 15:55
415

Tanınmış rəssamın fərdi sərgisi açılacaq

Fevralın 10-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda tanınmış rəssam Nağdəli Xəlilovun sənət əsərlərindən ibarət yaradıcılıq sərgisi təşkil olunacaq.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Sərgidə fırça ustasının müxtəlif mövzulu 70-dək sənət əsəri nümayiş olunacaq. Rəssamın 70 illik yubileyi çərçivəsində açılacaq sərgi bir həftə davam edəcək.