Müdafiə sənayesi naziri Yavər Camalov Qətərin Azərbaycanda yeni təyin olunmuş səfiri Yusif bin Həsən əl-Saini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyindən verilən xəbərə görə, Y. Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycan və Qətər arasındakı əlaqələri yüksək qiymətləndirib, Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfiri məlumatlandırıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb