Nazir Ağdaşda vətəndaşları qəbul edəcək

20 fevral 2017 22:33
319

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də saat 11.00-də Ağdaşda vətəndaşları qəbul edəcək.

Nazirlikdən bildirilib ki, rayondakı Heydər Əliyev Mərkəzində (Heydər Əliyev Meydanı 1) keçiriləcək qəbulda Ağdaş, Göyçay, Ucar və Zərdabdan olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.